Fefralın 21-dən başlayaraq təlimçilər üçün USAID/Azərbaycanın dəstəyi ilə yenilənmiş təməl həyat dəstəyi (BLS) və təkmil (kardiovaskulyar) həyat dəstəyi (ACLS) proqramı üzrə növbəti təlimi sessiyası start götürüb. Layihə USAID-in dəstəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə əməkdaşlığı ilə həyata keçirilmişdir. Kliniki Tibbi Mərkəzdə keçirilən təlimdə Bakı və regionlardakı tibb mərkəzləri və kolleclərdən 22 tibb işçisi və müəllim iştirak etmişdir. Bu təlimlərə Gəncə Tibb Kollecinin iki həkim-müəllimi - Sveta Əzimova və Mehparə Quliyeva da qatılmışdır. Təlimin məqsədi, yeni qazanılan bilik və bacarıqların davamlı paylaşılmasının təmin edilməsi üçün regionlarda yaradılacaq təlim mərkəzlərində çalışacaq təlimçilər hazırlamaqdır. Həmçinin, həkimlərimizin bu sahədəki bacarıqlarını gücləndirməklə ilkin tibbi xidmətin effektivliyinin artırılmasına töhfə verməyi hədəfləməkdir.
Təlim "Azərbaycanda pandemiyaya cavab tədbirləri" layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas fəaliyyət istiqamətlərindən biri ölkənin təcili tibbi yardım sistemi və insan resurslarının gücləndirilməsinə dəstək olmaqdır.