GƏNCƏ TİBB KOLLECİ

Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edilib


Post Image

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Türkiyənin Gəncədəki Baş Konsulluğunun önündə Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkili Müşfiq Cəfərov, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyn Büyükfırat, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri Baş konsulluğun qarşısında yaradılan guşəni ziyarət edib, önünə gül dəstələri düzüblər. Ziyarətçilər arasında Gəncə Tibb Kollecinin kollektivi də olub. Onlar da  həlak olanların ruhuna hörmət və ehtiram əlaməti olaraq gül dəstələri qoyub, onların ruhuna dualar oxuyublar.  Sonra kollecin rəhbərliyi və kollektivi adından Konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıblıb. Ziyarət

gün ərzində davam edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,6 və 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə minlərlə sakin həlak olub. Ölkədə həlak olanların xatirəsini anmaq üçün 7 günlük matəm elan edilib.

07.02.2023  [ 10:10 ]
Bütün hüquqlar qorunur.!  ©  2024