GƏNCƏ TİBB KOLLECİ

Millət vəkilləri Gəncə Tibb Kollecində tələbələrlə görüşdülər


Post Image

Gəncə Tibb Kollecində tələbələrlə millət vəkillərinin görüşü keçirilb.  Azərbaycan Gənclər fondunun maliyyə dəstəyi ilə keçirilən “Sağlam həyat tərzini kəşf et” layihəsinə yekun mərhələsinə qatılan 3 deputat – Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov gənclərlə görüş zamanı sağlam həyat tərzinin böyük əhəmiyyətinin olduğunu, gündəlik həyatımızda yerinə yetirəcəyimiz sadə üsullarla buna nail olmağın mümkünlüyünü diqqətə çatıdırıblar. Tələbələrə müəyyən tövsiyələr verən millət vəkilləri su, hava və digər amillərin, eləcə də mütəmadi şəkildə idmanla məşğul olmağın, alternativ nəqliyyat vasitələrindən istifadə etməyin sağlamlığa, gümrah yaşamağa böyük təsir etdiyini qeyd ediblər. Nizami yurdundan olan millət vəkilləri kollecdə tələbələrin yüksək səviyyədə təhsil almaqları üçün bütün lazımi şəraitin yaradıldığını vurğulayıblar. Onlar Azərbaycanda tibb sahəsində fəaliyyət göstərən təhsil müəssisələri arasında Gəncə Tibb Kollecinin həm texniki, həm də bilik və bacarıq baxımında birincilər sırasında olduqlarını diqqətə çatdıraraq tələbələrə bu lazımi şəraitdən və müasir texnologiyalardan istifadə edərək tibb elminin dərinliklərini öyrənmələrini, ölkəmizdə ən peşəkar orta tibb işçiləri kimi yetişmələrini arzu ediblər.

Tədbirdən sonra qonaqlar tibb kollecində yeni yaradıllan laboratoriyalarla və onların şəraiti ilə yaxından tanış oldular. Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev Millət vəkillərinin diqqətinə çatdırdı ki, son illər 11 yeni, müasir avadanlıqlarla təchiz olunan yeni laboratoriyalar yaradılmışdır ki, bu da tələbələrin tibbi biliklərinin yüksəldilməsində böyük rol oynayır:

“Tibb Kolleci işlərinin günün tələbləri istiqamətində qurur. Bu gün artıq tam əminliklə deyəbilərik ki, kollecimiz beynəlxalq standartlara yaxın səviyyədədir. Təhsil müəssisəmizdə tibbin ən son yeniliklərini özündə əks etdirən aparat və avadanlıqlarımız, robot trenajor zalımız, mulyajlarımız, kompyuterlərlə və ən son model avadanlıqlarla təmin olunmuş laboratorulayalarımız var. Son illərdə təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. 5 ildən bundan öncə kollecdə cəmi 9-10 əlaçı tələbə olurdusa , ötən il 142, hazırda isə yüksək nəticə göstərənlərin sayı 223-dür. Bu kollecin rəhbərliyi sevindirir” deyə M. Rzayev əlavə edib.

Mehman Rzayev bundan sonra da kollecin modernləşdirilməsi və müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilməsi sahəsində işlərin davam etdirələcəyini qeyd etdi.

Öz növbələrində millət vəkilləri də kollecdə yaradılan yüksək səviyyəli şəraitdən çox məmnun qaldıqlarını vurğuladılar.


Millət vəkilləri Gəncə Tibb Kollecində tələbələrlə görüşdülər

10.03.2023  [ 00:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024