GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində Pedaqoji Şuranın növbəti iclası keçirildi


Post Image

Martın 7-də Gəncə Tibb Kollecində Pedaqoji Şuranın növbəti iclası keçirilb. Toplantıda 2023-cü ilin ilk 3 ayı ərzində görülən işlər, həyata keçirilən layihələr, kollecdə təşkil olunan tədbirlər, tələbələrin təhsil səviyyəsi, müəllimlərin tədrisin yeni metodologiyası ilə bağlı məlumatlandırılması və digər məsələlər müzakirə olundu. İclasda vurğulandı ki, son illər kollecdə aparılan yenidənqurma işləri, müasir laboratoriyalar, yeni tədris metodologiyası tələbələrin təhsilə olan diqqətini xeyli artırıb. Dərslərin ən son texnologiyalarla keçirilməsi, laboratoriyalarda yaradılan şərait, elektron kitabxanalardan yararlanma tələbələrin tədrisə olan marağını xeyli artırıb. O da vurğulandı ki, çox sevindirici haldır ki, 5 ildən bundan öncə kollecdə cəmi 9-10 əlaçı tələbə olurdusa , ötən il 142, hazırda isə yüksək nəticə göstərənlərin sayı 223-dür.

  Pedaqoji Şuranın iclası 8 mart Beynəlxalq Qadınlar Bayramı ərəfəsində keçirildiyindən toplantıda kollecin direktoru Mehman Rzayev kollektivin bütün xanımlarını bu bayram münasibətilə təbrik edərək onlara sağlam, uzun ömür, işlərində müvəffəqiyyətlər arzu etdi. Fəaliyyətində seçilən bir qrup əməkdaş təltif edildi.

07.03.2023  [ 11:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024