GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin bir qrup yüksək nəticə göstərən tələbəsi Qusarda istirahət etdi.


Post Image

Daim kollektivin və tələbələrinin sağlamlığını və yüksək ruh yüksəkliyini düşünən Gəncə Tibb Kollecinin rəhbərliyi  martın ayının 3-4-5 tarixlərində 25 nəfərdən ibarət ən yüksək nəticələr göstərmiş tələbələrdən ibarət qrupu və 5 həkim-müəllim və 1 əməkdaşı Azərbaycanın əsrarəngiz təbiətə  malik  gözəl bir guşəsinə – Qusar  rayonunda yerləşən “Şah –Qusar” istirahət mərkəzinə göndərib. Ekoloji cəhətdən təmiz ərazidə yerləşən, şəhərin səs-küyündən kənarda, yaşıllıqlar və gözəl təbiət qoynunda olmaq qısa müddətlik də olsa, sakit  bir  yerdə dincəlmək, təmiz havada  olmaq fiziki və zehni yorğunluğu canında   hiss  edən hər kəs üçün çox böyük stimul verib. Bu kimi tədbirlər artıq Gəncə Tibb Kollecində ənənə halını alıb. Kollecin direktoru Mehman Rzayevin sözlərinə görə təhsil müəssisəsinin rəhbərliyi ən yüksək nəticə göstərən və müharibə veteranlarını, şəhid ailələrindən olan tələbələri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşkilatçılığı ilə dincəlmək üçün Qusara göndərib:

“Kollecimizin kollektivi və tələbələrimiz hamılıqla əl ələ verib təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində çalışırlar. Biz də mütəmadi olaraq onların bu gərgin əməklərinin lazımı qiymətlərini verməyə çalışırıq. Gəncə səhiyyə idarəsinin həmkarlar təşkilatının və kollecimizin yerli həmkarlar təşkilatının fəaliyyəti nəticəsində bu sayca dördüncü qrupdur ki, dincəlmələri üçün istirahət mərkəzinə göndəririk. Əvvəllər yalnız kollecin əməkdşalıarı  dincələnlər arasında olurdusa bu dəfə ən yüksək nəticə göstərən tələbələri və müharibə veteranlarını da Qusara göndərdik. Bu tələbələr arasında stimullaşdırıcı bir məqsəd daşıyır. İndi onlar arasında ən yaxşı tələbə olmaq üçün təhsil mübarizəsi güclənəcək” deyə M. Rzayev əlavə edib.

06.03.2023  [ 12:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024