GƏNCƏ TİBB KOLLECİ

Rusiyanın AVERON şirkəti Gəncə Tibb Kollecində “Bir addım irəli” devizi altında beynəlxalq müsabiqə keçirdi


Post Image

Rusiya Federasiyası Yekaterinburq şəhərinin AVERON elm-istehsalat birliyinin nümayəndələri Gəncə Tibb Kollecində olublar. Qarşılıqlı əməkdaşlıq çərçivəsində təşkil olunan səfər zamanı birliyin baş konstruktorunun müavini Anatoliy Akulenko və marketinq üzrə meneceri Mariya Kuroçkina kollecin Ortopedik stomatologiya ixtisası üzrə təhsil alan tələbələrə “Ortopedik stomatologiyada istifadə olunan avadanlıqların xüsusiyyəti “ mövzusunda mühazirə oxuyublar.

 Gəncə Tibb Kollecinin Ortopedik stomatologiya ixtisası üzrə təhsil alan 13 tələbəsi AVERON şirkəti tərəfindən “Bir addım irəli” devizi altında keçirilən beynəlxalq müsabiqəyə qatılıblar. Bu yarışmada tələbələr anatomik parametrlərə uyğun tapşırıqlar əsasında ayrılan 3 saat ərzində protez dişlər düşəldiblər. Münsiflər heyətinin birgə qiymətləndirməsi ilə 40 –a kimi ballar toplayan tələbələrdən bir nəfər, 1-ci yerin qalibi Rusiyanın Yekaterinburq şəhərində AVERON şirkətinin təşkil etdiyi final mərhəsinə qatılacaq.

  Sonda keçirilən müsabiqənin qalibləri məlum olub. Münsiflər heyətinin qiymətləndirməsinə görə Möhübbət Şabanov 1-ci, Raul Əşrəfzadə 2-ci, Rahib Nuhov 3-cü yerə layiq görülüb. Çinarə Məhərrəmova isə həvəsləndirici mükafatın sahibi olub. Müsabiqənin keçirilməsində xüsusi köməklik göstərmiş kollecin 3-cü kurs tələbəsi Sahib Qasımov da xüsusi hədiyyə ilə təltif olunub.

  Tədbirin sonunda kollec adından AVERON şirkətinin nümayəndələrinə xatirə hədiyyələri verildi. Şirkətin nümayəndələri  müsabiqənin keçirilməsinə yaratdığı şəraitə görə rəhbərliyə öz minnətdarlıqlarını bildirdilər və öz növbələrində təşəkkürnamələr və hədiyyələr təqdim etdilər.

03.03.2023  [ 12:40 ]
Bütün hüquqlar qorunur.!  ©  2024