GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin həkim-müəllimləri “Məktəblinin dostu” layihəsi çərçivəsində təlim keçiblər


Post Image

        Noyabrın 1-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin mülki müdafiə şöbəsinin əməkdaşları “Məktəblinin dostu” layihəsi çərçivəsində təlim keçiriblər.

       Təlimdə Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin rəhbəri Gündüz Tapdıqov, koordinatoru Dilguşə Fətəliyeva, əməkdaşı Məhəmməd  Mikayılov, Mülki Müdafiə şöbəsinin, Gəncə Tibb Kollecinin əməkdaşları və 26 nəfərdən ibarət məktəblərdə yeni işə başlamağa hazırlaşan gənclər iştirak edib.

FHN-nin Gəncə Regional Mərkəzinin MM – şöbəzinin zabiti Kapitan Rəşad Abdullayev təlim iştirakçılarını salamlayıb və layihənin əhəmiyyətindən söhbət edib.

Təlimdə  çıxış edən Sevda Abbasova Gəncə Tibb Kollecinin və FHN-nin Gəncə Regional Mərkəzinin işçi heyətinin sıx əməkdaşlıqlarını qeyd edərək Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayevə, Gəncə Regional Mərkəzinin rəisi, Polkovnik Leytenant Kənan Aşurova və mərkəzin idarə rəisi Rauf Abbasova öz minnətdarlığını bildirmişdir. O, Gəncə Tibb Kollecinin həkim-müəllimlərinin ilkin tibbi yardımın təşkili ilə bağlı keçdikləri dərslərin hər bir zaman maraqla dinlənildiyini vurğulayəb.

Sonra kollecin həkim-müəllimləri   Sveta Əzimova və Gülnara Mustafayeva İlkin tibbi yardım zamanı qan axmalar, sınıqlar, bayılmalar dəm qazından zəhərlənmər, qida zəhərlənmələri, yad cismin çıxarılması, süni tənəffüs verilməsi və. s haqqında geniş məlumat verərək manikenlər və insanlar üzərində ilk yardımı əyanı şəkildə iştirakçılara göstəriblər.

Sonda həkim-müəllimlər təlim iştirakçılarının suallarına ətraflı  cavablar verib, maraqlı diskusiyalar aparıblar.

01.11.2023  [ 17:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024