Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə Gəncə Tibb Kollecində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda keçirilən konfransda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Rauf Hacıyev, qurumun əməkdaşı mayor Badayı Nəsirov, Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadıgar Bədəlov, kollecin kollektivi və tələbələr iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan kollecin həkim-müəllimi Kəmalə İsmayılova 1 Mart Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə bu sahədə çalışan bütün əməkdaşları bayram münasibəti ilə təbrik etdi. O vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində keçirilən bu tədbirdə dahi şəxsiyyətin Azərbaycanda Mülki Müdafiənin səmərəli təşkilində böyük rolunu qüyd etmək vacibdir:
“Azərbaycan Mülki Müdafiə sahəsində ilk vacib addımı məhz ümumilliliderin rəhbərliyi dövründə atıb. Ölkəmiz 1993-cü Beynəlxalq Mülki Müdafiə Təşkilatınına üzv olub. Təsadüfi deyil ki, Heydər Əliyev ölkəmizdə mülki müdafiənin təşkilini çox önəmli sayırdı. Dahi şəxsiyyətin sözləri ilə desək - “Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır”deyə K. İsmayılova əlavə edib.
Natıq Azərbaycanda Mülki Müdafiənin təşkilində ölkə başçısı İlham Əliyevin diqqət və qayğısını vurğulayaraq əlavə edib ki, hazırda ölkəmizdə bu sahədə müasir texnologiyaların tətbiqi sahəsində böyük addımlar atılıb. Bu gün müəssisələrdə mülki müdafiə manqaları fəaliyyət göstərir və onlar beynəlxalq səviyyədə istifadə olunan müasir texnologilar və onların tətbiqi ilə bağlı mütəmadi məlumatladırılırlar. Gəncə Tibb Kollecində də bu sahədə görülən əməli tədbirlərə toxunan K. İsmayılova təhsil müəssisəsində ən son, müasir avadanlıqlar quraşdırılıb.
Sonra Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Mülki Müdafiə şöbəsinin əmədaşı – mayor Bahayı Nəsirov çıxış edətək bu günün tarixcəsinə nəzər saldı. O qeyd etdi ki, bu gün bütün dünya ən prioritet sahələrdən olan mülki müdafiənin təşkilində müasir texnologiyaların tətbiqi risklərin azaldılmasında, baş verə biləcək bədbəxt hadisələr zamanı risklərin münimuma endirilməsində böyük rol oynayır.
Sonra çıxıç edən Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadıgar Bədəlov tədbir iştirakçılarını şəhər rəhbəri Niyazi Bayramovun adından salamlayaraq bütün mülki müdafiə sahəsində çalışanları bayram münasibəti ilə təbdik etdi. O vurğuladı ki, bu gün dünyada baş verən kataklizmlər, bədbəxt hadisələr onu deməyə əsas verir ki, hər bir vətəndaş öz növbəsində mülki müdafiəyəyə hazır olmalı, hamı bu sahədə biliklərini artırmalı, müasir texnologiyaldan istifadə etməklə özlərini və ətrafdakı insanları qorumaq üçün çalışmalıdırlar.
Tədbirdə çıxış edən kollecin mülki müdafiə qərargah mühəndisi Sevda Abbasova təhsil müəssisəsində mülki müdafiə işinin yüksək səviyyədə təşkilindən danışdı. O vurğuladı ki, manqalar üzrə təhkim olunan əməkdaşlar mütəmadi olaraq plana uyğun olaraq maarifləndirilir və onların bilik, bacarıqları yoxlanılır. Texniki təchizat məsələsinə toxunan qərargah mühəndisi kollecin həyətində 80 tonluq su anbarı olduğunu, bundan başqa mərtəbələr üzrə od söndürənlərin olduğunu, hər mərtəbədə binanın təxliyə planının əks olunduğunu, binanın dam örtüyünün konstruksiyasının taxta örtükləri yanğın əlehinə maye ilə hopdurulduğunu qeyd etdi:
“Bu gün kollecimiz ən müasir müşahidə kameraları ilə təchiz olunub. Sutka ərzində nəzarətçilər tərəfindən müəssisəmizin bütün parametrlərinə nəzarət olunur. Həmçinin tüstü siqnallarımız və müasir alovu söndürmək üçün aqreqatlarımız var. Tibb kollecində həyəcan siqnalı və səsgücləndirici də bədbəxt hadisələr zamanı istifadə oluna bilər. Mütəmadi olaraq həkim-müəllim və texniki işçilərimiz və o cümlədən də tələbələrimizi fövqəladə hallar zamanı hansı qaydalara əməl etmələri barədə məlumatlandırırıq” deyə S. Abbasova əlavə edib.
Konfransın sonunda mülki müdafiə və fövqəladə hallar zamanı görülən tədbirlərə həsr olunmuş video çarx nümayiş olunub.
Tədbirdən sonra kollecin həyətində FHN-nın Gəncə Regional Mərkəzinin əməkdaşlarınin təşkil etdiyi xilasetmə işlərinə əyani baxış keçirilib.