Milli-mənəvi dəyərlərimizin əvəzsiz nümunələrindən olan görkəmli akademik ,ictimai xadim ,dünya şöhrətli alim-oftalmoloq ,şərəfli ömür yolu yaşamış, ülvilik, gözəllik, sədaqət rəmzi Zərifə Əziz qızı Əliyevanın anadan olmasının bu il 100 illi tamam olur. Nəciblik və mənəvi paklıq timsalı olan alimin istər yubiley tarixləri,istərsə də anım günləri ölkəmizin hər yerində böyük ehtiramla qeyd edilir.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.Novator alim ademik Zərifə Əliyevanın "İridodiaqnostikanın əsasları” adlı əsəri ən sanballı elmi yaradıcılıq nümunələrindən biri kimi dünya oftalmologiya elminə xüsusi töhfələr vermişdir.
İstedadlı alim, pedaqoq, böyük insan deyirdi: “Həkim insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”. Ömrünü insanların şəfasına, qaranlığa qərq olmuş gözlərin nur tapmasına sərf edən Zərifə xanım Əliyeva bütün ömrünü həsr etdiyi oftalmologiya elmi sahəsində müəlllifi olduğu əsərlərlə Azərbaycan tibb tarixində əvəzsiz xidmətlər göstərmişdir.
Xalqa dayaq olan nəcib insan akademik Zərifə Əliyeva zəngin bir irs qoymuşdur.Onun bu irsindən indiki və gələcək nəsillər hər zaman lazımınca bəhrələnəcək, elmin yeni zirvələrini inamla fəth edəcəklər.
Akademik Zərifə xanım Əliyevanın keçdiyi ömür yolundan, tibb sahəsində, oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərdən nə qədər desən danışmaq olar. Bu sahədə çoxlu praktiki-elmi konfranslar, inşa müsabiqəsi, dəyirmi masa, şeir müsabiqəsi, kitab müzakirəsi, xatirə gecəsi və s. keçirilir.Kollecimizdə də gözəl alim, nurlu siması əbədi xatırəlırdə yaşayacaq nəcib insan, oftalmoloqun yubiley tədbiriylə bağlı keçirilən tədbirlər heç şübhəsiz ki, tələbələrin şəxsiyyət kimi formalaşmasında əvəzsiz rolu vardır.
Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına da əvəzsiz töhfələr vermişdir.
Zərifə xanım Əliyevanın özünəməxsus çox nadir,zəngin həyat fəlsəfəsi vardır. Onun olduqca şaxəli həyat yolu bitib-tükənməyə enerjisi, işgüzarlıgı, məsuliyyəti, qaygıkeşliyi insanı valeh edir. Zərifə xanım qaygıkeş bir ana ,əvəzsiz , sədaqətli həyat yoldaşı , tədqiqatçı alim, həkim və ömürlərə sığmayan bənzərsiz şəxsiyyətdir. Bu keyfiyyətlər və dəyərlər məhz şəxsiyyət olaraq onun bir ziyalı kimi yaddaşlarda möhürləmişdir. Zərifə xanım incə, zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan çalarlı özündə əks etdir. Onun parlaq qəlbi,şəfali əlləri qaranlıq dünyalara nur verirdi. Onun nəsillərə nümunə olan ömür yolu daim xatirələrdə sevinc və ehtiramla anılacaq.
O, həm də nəcib bir Azərbaycan qadını, həssas qəlbli insan idi. Zərifə xanım işinin gərginliyinə baxmayaraq həmişə bir qadın olaraq mülayimliyi, həssaslığı və insanlara mehriban yanaşması ilə seçilib. Ümumiyyətlə, Zərifə xanımın həyatı Azərbaycan qadınları üçün bir məktəbdir. Bu məktəb hələ uzun illər boyu öyrəniləcəkdir.
Gəncə Tibb kollecinin İngilis dili müəllimi : Şəfiqə Səttar qızı Hüseynova