Gəncə Tibb Kollecində təhsil alan tələbələr üçün Milli Debat Proqramının təqdimatı keçirilib. Tədbirdə Debatın tələbələr üçün əhəmiyyətindən, həmçinin Gəncə Tibb Kolleci Debat Klubunun tarixindən və qazandığı uğurlarından söhbət açılıb. Yığıncağın davamında Gəncə Regional Debat Mərkəzinin idarə proqram assistenti Ömər Məmmədli, Təlimçi- Aysel Hacı Nəbiyeva, Piyar meneceri Əlizaman Abbaslı və Gəncə Tibb Kollecinin Debat klubunun sədri Qənirə Xəlilzadə və müavini Sənəm Orucova təqdimatda iştirak edən gənclərə debatın üstünlükləri haqqında və son illərdə debat ilə bağlı görülən işlərdən, həyata keçirilən yeni layihələrdən danışıblar. Çıxış edənlər debatın tələbələrə qazandıra biləcək faydaları haqqında ətraflı məlumatlar veriblər.