“Hara getsən göz sevindir, könüllər aç, ürək dindir!
Elə tərpən, elə davran, görən desin, nə gözəldir Azərbaycan!
Hər bir Azərbaycanlı öz davranışı, nitqi, mədəniyyəti, geyimi ilə seçilməlidir. Geyim tərzi özü bir mədəniyyətdir və hər bir xalqın milli mədəni irsindən qaynaqlanır.
Gəncə Tibb Kollecində Tələbə Gənclər təşkilatının xətti ilə dərsdən kənar məşğələlərdən biri də “Geyim mədəniyyəti”nə həsr olundu. Toplantıda tələblərlə yanaşı , kollecin direktoru, əməkdar həkim Mehman Rzayev, həkim – müəllim heyəti iştirak edirdilər.
“Hər birimiz geyimlərdən istifadə edən zaman milli mənəviyyat və mentalitetimizə, xüsusi qaydalara daim fikir verilməliyik. Ev, iş, dərs, şənlik və gəzinti geyimlərindən öz aidiyyatı istiqamətlər üzrə istifadə olunmalıdır. Toy paltarı ilə dərsə, uniforma ilə şənliyə getmək olmaz. Tələbələr, həkim və tibb işçiləri, polislər, hərbiçilər və digər peşə sahibləri üçün nəzərdə tutulan uniformalar onlara xüsusi yaraşıq, bir məsuliyyət gətirir. Buna görə də hər birimizi geyimimizə diqqət yetirməli, daim səliqəli olmalıyıq”. Bu fikirləri Bu fikirləri tədbiri giriş sözü açan kollecin direktoru M. Rzayev söyləyib. Onun sözlərinə görə Azərbaycan xanımları və bəyləri bir çox xüsusiyyətlərinə görə seçilirlər:
“Hər millətin öz milli dəyərlərinə uyğun geyimləri var. Zaman zaman müasirləşən dövrümüzdə Azərbaycanın da milli geyimləri artıq tarixə qovuşur. Lakin biz hər birimiz paltar seçərkən mütləq şəkildə onun istifadə məkanına diqqət yetirməli, ən əsası geyimlərimizdə Azərbaycançılığı tərənnüm etməliyik” deyə kollecin direktoru əlavə edib.
Sonra çıxış edən tələbələr də milli geyimin formalaşması və inkişafının Azərbaycanın müxtəlif bölgələrində xüsusi rol oynadığını qeyd etdilər. “Geyim mədəniyyəti”nin xalqımızın milli mənsubiyyətinin əsas göstəricilərindən olduğunu qeyd edən natiqlər ev, iş, dərs, toy, şənlik və gəzinti geyimlərini u öğun qaydada istifadə etməyin vacibliyini vurğuladılar.