Gəncə Tibb Kollecində illik tədbirlər planına əsasən “Hərbiləşdirilməmiş mülki-müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə Mülki-müdafiə” məşqi keçirilmişdir. Məşqdə həyəcan siqnalı verilərək şəxsi heyət sıralara toplanmışdır.
Tədbirdə Fövqəladə hallar komissiyası və şəxsi heyət, Mülki-müdafiə qüvvələri hərbiləşdirilməmiş mülki-müdafiə dəstələri, (manqalar) iştirak etmişdir. Kollecin Mülki-müdafiə Qərargah rəisi Sevda Abbasova manqaların toplanmasını, sıra düzülüşünü izah etmişdir. Mülki-müdafiə məşqi zamanı hər bir manqa komandiri öz funksional vəzifələri haqqında çıxış etmiş, fövqəladə hallar zamanı həyata keçirməli olduqları vəzifələr barədə məruzə etmişdir.
Tədbirdə təbii fəlakətlər zamanı ilkin hərəkət qaydaları barədə sual-cavab olunmuş, qaydalar bir daha təkrarlanmışdır. Məşqi izləyən Mülki-müdafiə rəhbəri Mehman Rzayev manqalara işlərində daha fəal olmağı, daim öz üzərlərinə düşən vəzifəni bilmələrini, məsuliyyətli olmağı tövsiyə etmişdir.