GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin müəllimləri və bir qrup tələbəsinə YAP –ın üzvülük vəsiqələri verildi


Post Image

Gəncə Tibb Kollecinin müəllimləri və bir qrup tələbəsi Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində dahi şəxsiyyətin yaratdığı və bu gün milyonlarla üzvü olan Yeni Azərbaycan Partiyası sıralarına daxil olub. Kollecdə bununla bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev dahi şəxsiyyətin ömür yoluna nəzər salaraq onun Azərbaycanın inkişafı və tərəqqisi üçün atdığı vacib addımlardan danışıb. O qeyd edib ki, ümumilli lider daim Azərbaycan gənclərinin inkişafını düşünmüş, onların savadlı, bacarıqlı, qabiliyyətli bir vətəndaş kimi yetişmələri üçün lazım olan münbit şəraitin yaradılmasına öz töhvələrini vermişdi. Natiq dahi şəxsiyyətin sözləri ilə çıxışına davam edib:

“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən ümummilli lider ölkəmizin gələcəyinin qurulmasında gəlclərə nə qədər önəm verdiyini bir daha göstərib.

M. Rzayev əlavə edib ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev dahi şəxsiyyətin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Sonra çıxış edən YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov tələbə -gənclərin cəmiyyətimizin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası sıralarına böyük həvəslə qoşulması, onların yüksək siyasi yetkinliyindən xəbər verdiyini qeyd edib. Müasir Azərbaycanın müstəqillik tarixinin ən böyük uğurlarının Yeni Azərbaycan Partiyasını yaradan Ulu Öndər Heydər Əliyevin, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu bildirən Nurəddin İbrahimov Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan üzvlərin partiyanın həyatında fəal iştirak edəcəklərini, ictimai fəallıqla yanaşı yüksək bilik və peşə ixtisas hazırlığı nümayiş etdirəcəklərini vurğulayıb.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan tələbələrə təntənəli şəkildə üzvlük vəsiqəsiqələri təqdim edilib.

 

10.04.2023  [ 11:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024