GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində ümummilli liderə həsr olunan ingilis dilində elmi-nəzəri konfrans keçirib


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində dekabrın 14-də Azərbaycanda regional tibb təhsil müəssisələri arasında ilk dəfə olaraq ingilis dilində Ümummilli Liderin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – Təhsildə inteqrasiya“ mövzusunda elmi-nəzəri konfrans keçirilib. Bütövlükdə ingilis dilində təşkil olunan konfrans dahi şəxsiyyətin təhsilimizin inkişafında rolu barədə danışılıb, ulu öndərin müstəqil Azərbaycanın formalaşmasında və davamlı inkişafında qəbul etdiyi tarixi qərarlardan, ölkəmizin iqtisadi və hərbi gücünün artırılmasında danılmaz əməyindən söhbət açılıb.

    Konfransda çıxış edən Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev Ümummilli Liderin 100 illiyi ərəfəsində dahi şəxsiyyətlə bağlı bir neçə konfransların və dəyirmi masaların keçirildiyini vurğulayaraq ingilis dilində təşkil olunan  “Heydər Əliyev – Təhsildə inteqrasiya” mövzusunda elmi-nəzəri konfransı yüksək qiymətləndirib. Direktorun sözlərinə görə artıq bir ildir Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində beynəlxalq akkreditasiyadan keçmək məqsədilə həkim-müəllim kollektivi üçün əlavə ingilis dili kursları təşkil olunub:

“Müəllimlərimiz gələcəkdə xarici tələbələrə ingilis dilində tibbi fənləri tədris etmək üçün bu beynəlxalq dili yaxşı mənimsəməyə çalışırlar. Bunun üçün əlavə məşğələlər və kurslar təşkil etmişik. Bunun bariz nümunəsi kimi bu gün ingilis dilində keçirilən konfransı göstərmək olar. Ümid edirik ki, yaxın gələcəkdə kollecimiz beynəlxalq akkreditasiyadan keçəcək və təhsil müəssisəmizdə xarici tələbələrin təhsil alması reallaşacaq”, - deyə M. Rzayev əlavə edib.

Sonra həkim-müəllimlərimiz müxtəlif tibbi mövzularda çıxışlar edərək video roliklər nümayiş ediblər.

14.12.2023  [ 16:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024