Gəncə Tibb Kollecinin həkim-müəllimləri Fövqəladə hallar Nazirliyinin Gəncə regional mərkəzində Regionlar üzrə orta ümumtəhsil məktəblərinin direktor müavinləri kateqoriyası üzrə təşkil edilmiş kursunda “Fövqəladə hallar zamanı göstərilən ilkin tibbi yardım “ mövzusunda elmi və praktik məşğələ keçiblər. Gəncə Tibb Kollecinin qərərgah rəisi Sevda Abbasova, həkim - müəllimləri Mehparə Quliyeva, Sveta Əzimova, Yeganə Hüseynova tədbirdə - Travmalar ( sınıq, çıxıq, burxulma, gərilmə), Qanaxmalar, CPR tədbirləri, Yad cismin çıxarılması, Sudaboğulma, İlan sancması mövzusunda bilikləri tədris etdilər. Presentasiyaların sunulması fonunda, simulyasiyalar( maniken ) üzərində müəyyən tədbirlər ( CPR, Yad cismin çıxarılması), eyni zamanda epileptic tutmalar zamanı xəstəyə düzgün pozisiyanın verilməsi və digər ilkin tibbi yardım xidmətinin göstərilməsi qaydaları izah edərək, robot-stimulyatorlar üzərində iştirakçılara əyani şəkildə göstəriblər. Sonra FHN- nın Regional Mərkəzinin xilasedicisiləri üzərində canlı olaraq qıcolmalar zamanı, epileptic tutmalar zamanı və digər şəraitlərdə edilən tibbi yardım canlı şəkildə nümayiş olundu.
Tədbirdə FHN-nin Gəncə Regional Mərkəzinin rəis müavini polkovnik Məhəmməd Tağıyev, nazirliyinin nümayəndələri, Gəncə regional Mərkəzinin əməkdaşları, Xilasetmə dəstəsi, Gəncə region üzrə orta ixtisas məktəblərinin təlim tərbiyə işləri üzrə director müavinləri iştirak edirdilər.
Çox yüksək səviyyədə keçirilən tədbir zamanı iştirakçıların marağına səbəb olan, onları maraqlandırılan suallar peşəkar səviyyədə cavablandırılıb.