GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin tələbələri spartakiadanı uğurla başa vurublar


Post Image

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən Tələbə-Sağlamlıq Spartakiadası sona yetmişdir. Ötən həftə silsilə idman yarışlarının yekun mükafatlandırma tədbiri keçirilib. Gəncə Tibb Kollecinin tələbələri bu spartakiadada yüksək nəticələr göstəriblər.

   Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, Spartakiada uğurlu nəticə əldə edərək qalib gələn idmançıları təbrik etmişdir. Sonda qaliblər Baş İdarə tərəfindən kuboklar, fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olundular.

  Qeyd edək ki, yarışda ümumilikdə 3 Universitetin, 3 Kollecin, 6 Peşə məktəbinin tələbələri mübarizə aparmışdır.

  Gəncə Tibb Kollecinin tələbələri Dama yarışları üzrə 1-ci yer, Voleybol üzrə 2-ci yer, Şahmat üzrə 2-ci yer, Tennis üzrə 2-ci yer, Basketbol üzrə 2-ci yer, Futbol üzrə 1-ci yer, Atletika üzrə 2-ci yerə layiq görülüblər.

30.05.2023  [ 13:10 ]
Bütün hüquqlar qorunur.!  ©  2024