Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibb Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Tədbirə respublikanın bütün regionlarından kitabxana nümayəndələri dəvət olunmuşdular. Toplantıda Gəncə Tibb Kollecinin kitabxanaçısı Ruziyə Məmmədova da iştirak edirdi.
Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başladı.
Sonra dahi şəxsiyyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi. Toplantıda çıxış edənlər ümummilli lider Heydər Əliyevin elmin və təhsilin inkişafında böyük rolundan danışdılar. Vurğulandı ki, dahi şəxsiyyətin rəhbərliyi dövrlərində Azərbaycanda kitabxanaların mailiyyələşməsi və inkişaf etdirilməsində nəzərə çarpacaq böyük işlər görülüb. O da qeyd olundu ki, həmin illərdə Milli kitabxanamız böyük inkişaf yoluna qədəm qoydu.