GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsiri” mövzusunda maarifləndirici tədbir keçirildi


Post Image

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölməsinin əməkdaşları Gəncə Tibb Kollecinin tələbələri ilə “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsiri” mövzusunda maarifləndirici tədbir keçirib. Toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov,  müavinlər Elmar Fətəliyev, Faiq Əsgərov, baş məsləhətçi Şahmar Verdiyev, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, həkim- müəllim və tələbə heyəti iştirak ediblər.

    Tədbirdə çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin bu gün cəmiyyətin ən böyük bəlalarından biri olduğu vurğulanıb. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Eyni zamanda, bildirilib ki, bu gün ölkəmizdə hər kəsin vicdan və din azadlığı hüququ var, heç bir irqi, milli, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir.

   Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

18.05.2023  [ 12:16 ]
Bütün hüquqlar qorunur.!  ©  2024