Gəncə Şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin dəstəyi, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Gəncə şəhəri üzrə Regional nümayəndəliyinin təşkilatçılığı ilə “İmamzadə” dini ziyarətgah kompleksində “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” adlı regional konfrans keçirilib. Konfransda Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin rəhbərliyi də iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda bildirilib ki, ümummilli lider Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərimizə çox böyük hörmətlə yanaşıb. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərinimizin qorunması, adət-ənənələrimizin təbliği istiqamətində mühüm addımlar atılıb. Qeyd edilib ki, bu gün də hər birimizin vəzifəsi, Ulu Öndərin dediyi kimi, Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmaqdır.
Həmçinin, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının dövətçilik tarixindəki müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərimizə olan qayğısından geniş bəhs edilib. Ümummilli liderin siyasi kursunun layiqli varisi, dünya miqyaslı siyasətçi cənab İlham Əliyevin müasir Azərbaycan dövlətinin tarixindəki rolundan danışılıb.
Sonda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və Milli-mənəvi dəyərlər” mövzusunda film nümayiş olunub.