GƏNCƏ TİBB KOLLECİ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən ümumşəhər tədbirində Gəncə Tibb Kollecinin rəhbərliyi və kollektivi də iştirak edib


Post Image

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən ümumşəhər tədbirində Gəncə Tibb Kollecinin rəhbərliyi və kollektivi də iştirak edib. Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Gəncə şəhərində keçirilən silsilə tədbirlər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında ümumşəhər tədbirinin rəsmi hissəsi baş tutub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki baş konsulları Recep Öztop, Nikolos İaşvili, Quru Qoşunların komandanı, general-leytenant Ənvər Əfəndiyev, Millət vəkilləri, QMİ Qazılar Şurasının üzvü, hüquq-mühafizə orqanlarının rəhbərləri, Dairə Seçki Kommisiyalarının sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Gəncə Tibb Kollecinin rəhbərliyi və kollektivi, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Niyazi Bayramov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdəlki fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tarixi şəxsiyyət olmaqdan əvvəl, məhz tarix yaradan şəxsiyyətdir! Onun yaratdığı tarix 50 milyondan artıq azərbaycanlının qürur mənbəyidir. Heydər Əliyevin bioqrafiyası ilə Azərbaycan tarixi biri-birini tamamlayır. Ulu Öndər Heydər Əliyevin doğum günü də tariximizin ən parlaq məqamlarındandır. Bu baxımdan Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı tədbirlər silsiləvi və kütləvi xarakter daşıyır: “Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirib. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu gün Dahi Öndərimiz aramızda olmasa da, Onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, hətta bizdən öndə addımlayır, yaşayır, yaşadılır!” deyə Niyazi Bayramov əlavə edib. Məruzədən sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Əsrin adamı” adlı film nümayiş olunub. Rəsmi hissədən sonra Azərbaycan Milli Elmlər Akakdemiyasının Gəncə Bölməsi tərəfindən nəşr olunan “Heydər Əliyev və Gəncə” adlı monoqrafiya təqdim olunub. Nəfis tərtibatda nəşr olunan kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövlərdə Gəncəyə səfərləri barədə məlumat, bu səfərlər zamanı Ümummilli Liderin çıxışlarının orijinal mətnləri, Gəncədən olan elm, təhsil, səhiyyə və mədəniyyət xadimlərinin Ulu Öndərlə bağlı xatirələri, həmçinin dünyanın görkəmli şəxsiyyətlərinin Ulu Öndər Heydər Əliyevlə bağlı fikirləri yer alır.

10.05.2023  [ 14:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024