GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecinin həkim-müəllimləri maarifləndirici məşğələlər keçirdi


Post Image

Gəncə Tibb Kollecinin həkim-müəllimləri Fövqəladə Hallar Nazirliyinin Gəncə regional mərkəzində ümumtəhsil orta məktəblərinin direktor müavinləri üçün “Fövqəladə hallar zamanı göstərilən ilkin tibbi yardım” mövzusunda elmi və praktik məşğələ keçiblər. Yığıncaqda həkim-müəllimlərimiz travmalar zamanı - sınıq, çıxıq, gərilmə, sümüklərin anatomik funksiyaları, İlkin tibbi yardım, qanaxmanın növləri və bu zaman düzgün müdaxilə, suda boğulma, ilan sancması, sifyar tədbirləri, yad cismin körpələrdə və böyüklərdə çıxarılması və digər mövzularda ilk tibbi yardım kurslarını tədris ediblər.

       Ümumtəhsil orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri kateqoriyası ilə təşkil olunan mülki müdafiə kurslarında Gəncə Tibb Kollecinin mülki-müdafiə üzrə qərargah rəisi Sevda Abbasova, həkim-müəllimləri Mehparə Quliyeva, Zarema Hüseynova  iştirak etmişdir.

   Bu Fövqəladə Hallar Nazirliyinin Gəncə regional mərkəzi ilə birgə təşkil olunan sayca 3-cü maarifləndirici məşğələdir. Gələcəkdə bu kimi tədbirlərin digər təhsil müəssisələrində və əhalinin sıx toplaşdığı yerlərdə keçirilməsi nəzərdə tutulur.

06.07.2023  [ 13:40 ]
Bütün hüquqlar qorunur.!  ©  2024