İxtisas dərəcəsi : Sanitar-feldşer
Təhsil müddəti : 3-il
"Tibbiprofilaktika" şöbəsi Gəncə Tibb Kollecində 2018-ci ildən fəaliyyət göstərir
Məzunun İxtisas Fəaliyyəti Sferasının Xarakteristikası
Sanitar-feldşer mütəxəssisi dövlət sanitar nəzarəti, əks epidemik nəzarət, profilaktik dezinfeksiya tədbirləri, laborator tədqiqatları həyata keçirmək üçün hazırlanır.
Tibbi profilaktika şöbəsinin məzunuaş ağdakıları bilməli və bacarmalıdır:
- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;
- Yuxarı təşkilatların qərar və əmrlərini;
- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;
- Müalicə və sanitar-profilaktika müəssisələrində işin təşkili və strukturunu;
- Əhaliyə tibbi və tibbi-sosial yardımın göstərilməsinin təşkilini;
- Müalicə-profilaktika müəssisələrində sanitar–profilaktik rejimin təşkili;
- Tibb bacısı işinin nəzəri əsaslarını;
- Geniş yayılmış xəstəliklərin müalicəsində işlədilən əsas dərman preparatlarını;
- Tibbi sənədlərin tərtib olunmasını;
- İdarə, müəssisə, və ayrı–ayrı şəxslər üçün nəzərdə tutulmuş gigiyenik normaları;
- Sanitar-gigiyenik və sanitar əks epidemik qaydaların yerinə yetirilməsini;
- Əhali tərəfindən əmək üçünistifadə olunan yerüstü və yeraltı suların çirklənməsinin qarşısının alınması və ləğv edilməsi üçün tədbirləri;
- Torpağın, suyun, havanın, qida məhsullarının keyfiyyətinin gigiyenik göstəricilərini;
- Yaşayış məntəqələri və ictimai binalarda gigiyenik rejimin gözlənilməsini;
- Əhalinin əmək şəraiti üzərində sanitar nəzarəti aparmağı;
- Profilaktik peyvəndlərin aparılması vaxtını;
- Sanitar maarif işini;
- Antropometrik ölçmələrin aparılmasını;
- Təxirəsalınmaz vəziyyətlərdə həkimə qədər yardımın göstərilməsini;
- Tənəffüs hərəkətlərinin tezliyinin sayılmasını, bədən temperaturunun ölçülməsini, nəbzin sayılmasını, arterial təzyiqin ölçülməsini;
- Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların (inyeksiyalar, imalələr, parenteral qidalanma, sidik kateterlərinin qoyulması və s.) yerinə yetirilməsini;
- Xəstələrə qulluğun ümumi prinsiplərini;
- Gigiyenik ekspertiza üçün nümunələrin götürülmə qaydalarını;
- İnfeksionocaqlarda əks epidemik tədbirlərin aparılmasını;
- Qidalı mühitlərin hazırlanma qaydasını;
- Seroloji reaksiyaların qoyulma qaydasını;
- Qabların sterilizasiyasını, işlənmiş materialların zərərsizləşdirilməsini.
İxtisaslar
040704 - "Tibbi profilaktika" şöbəsinin məzunu xüsusi hazırlıq səviyyəsinə görə aşağıdakı ixtisas fəaliyyətini yerinə yetirə bilir:
- Sanitar həkim köməkçisi;
- Epidemioloq köməkçisi;
- Sanitar-laborant
- Laborant