İxtisasdərəcəsi : Diş texniki
Təhsilmüddəti : 3-il
"Ortopediks tomatologiya" şöbəsi Gəncə Tibb Kollecində 2018-ci ildən fəaliyyət göstərir
Məzunun İxtisas Fəaliyyəti Sferasının Xarakteristikası
Ortopedik stomatologiya şöbəsinin məzunları stomatoloji müəssisələrin diş protezləri laboratoriyalarında işləmək üçün hazırlanır.
Aşağıdakıları bilməli və bacarmalıdır:
- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;
- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;
- Müalicə və sanitar-profilaktika müəssisələrində işin təşkili və strukturunu;
- Əhaliyə tibbi və tibbi-sosial yardımın göstərilməsinin təşkilini;
- Müalicə-profilaktika müəssisələrində sanitar–profilaktik rejimin təşkili;
- Tibb bacısı işinin nəzəri əsaslarını;
- Geniş yayılmış xəstəliklərin müalicəsində işlədilən əsas dərman preparatlarını;
- Tibbi sənədlərin tərtib olunmasını;
- Əhaliyə ortopedik-stomatoloji yardımın prinsiplərini;
- Çeynəmə aparatının quruluşu və funksiyasının əsaslarını;
- Stomatologi xəstəliklər və materiallar haqqında məlumatı;
- Diş texniki laboratoriyalarında peşə zərərlərinin aradan qaldırılması üçün istehsalatın təşkilini, təhlükəsizlik texnikalarını və əməyin mühafizəsini;
- Alətlərə və avadanlıqlara xidmətin qaydalarını;
- Diş protezləri texnikasında işlənən farfor və metal-keramika haqqında əsas məlumatı;
- Diş sırasının deffekti zamanı çıxan protezlərin fiksasiya prinsiplərini;
- Sanitar maarif işini;
- Qapaqların, ştifli dişlərin hazırlanma texnologiyasını;
- Bügel protezlərinin və ortodontik aparatlarının hazırlanma texnikasını;
- Yüksək qiymətli ərintilərin və diş texnikliyi laboratoriyasında materialların alınmasını;
- Antropometrik ölçmələrin aparılmasını;
- Təxirəsalınmaz vəziyyətlərdə həkimə qədəryardımın göstərilməsini;
- Tənəffüs hərəkətlərinin tezliyinin sayılmasını, bədən temperaturunun ölçülməsini, nəbzin sayılmasını, arterial təzyiqin ölçülməsini;
- Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların (inyeksiyalar, imalələr, parenteral qidalanma, sidik katetrlərinin qoyulmasıvə s.) yerinə yetirilməsini;
- Xəstələrə qulluğun ümumi prinsiplərini.
İxtisas
040705- Ortopedik stomatologiya şöbəsinin məzunu xüsusi hazırlıq səviyyəsinə görə aşağıdakı ixtisas fəaliyyəti yerinə yetirə bilər:
- Diştexniki;
- Texnik–keramist;
- Texnik–ortodont;
- Texnik–ortoped;
- Tökməçi–texnik.