İxtisas dərəcəsi : Tibb bacısı
Təhsil müddəti : 3-il
"Tibb bacısının işi" şöbəsi Gəncə Tibb Kollecində 1939-cu ildən fəaliyyət göstərir
Məzunun İxtisas Fəaliyyəti Sferasının Xarakteristikası
Səhiyyə sahəsində ixtisasın yeri: Müalicə-profilaktika müəssisələrində və ev şəraitində.
“Tibb bacısının işi” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:
- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;
- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;
- Müalicə və sanitar-profilaktika müəssisələrində işin təşkili və strukturunu;
- Əhaliyə tibbi və tibbi sosial yardımın göstərilməsinin təşkilini;
- Profilaktik və sanitar maarifləndirmə işlərinin yerinə yetirilməsini, sanalogiya və valeologiyanın əsaslarını;
- Müalicə-profilaktika müəssisələrində sanitar–rofilaktik rejimin təşkili;
- Dispanserizasiyanın təşkili və aparılmasını, xəstələrin vaxtında aşkar edilməsini;
- Tibb bacısı işinin nəzəri əsaslarını;
- Geniş yayılmış xəstəliklərin müalicəsində işlədilən əsas dərman preparatlarını;
- Dietologiyanınə saslarını;
- Əhalinin sağlamlıq vəziyyətinin statistikasını və tibbi sənədlərin tərtib olunmasını;
- Tibbi və sosial reabilitasiyanın əsaslarını;
- Sanitar maarif işini;
- Antropometrik ölçmələrin aparılmasını;
- Təxirəsalınmaz vəziyyətlərdə həkimə qədər yardımın göstərilməsini;
- Travmalar, zəhərlənmələr, yanıqlar və s.zamanı ilk yardımın göstərilməsi;
- Tənəffüs hərəkətlərinin tezliyinin sayılmasını, bədən temperaturunun ölçülməsini, nəbzin sayılmasını, arterial təzyiqin ölçülməsini;
- Laborator və instrumental müayinələrin aparılmasının ümumi prinsiplərini, müayinələrə xəstələrin hazırlanması və müayinə üçün materialların (qan, əsnəkdənyaxma, bəlğəm, sidik, nəcis) düzgün götürülməsini;
- Qan kəsici jqutun qoyulmasını;
- Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların (inyeksiyalar, imalələr, parenteral qidalanma, sidik katetrlərinin qoyulması və s.) yerinə yetirilməsini;
- Dərman preparatlarının alınması, yazılması və saxlanılmasını;
- Mantusınağının qoyulma texnikasını;
- Xardalyaxmaları, zəlilər, bankalar, buzqovuğu, qazçıxarıcı boru, kompresslərin qoyulmasını-Xəstələrə qulluğun ümumi prinsipləri və ayrı-ayrı xəstəliklər zamanı qulluğun xüsusiyyətlərini (ağız boşluğun, qulaqlara, buruna, dəriyə qulluq);
- Fizioterapevtik prosedurların yerinə yetirilməsini;
- Profilaktik peyvəndlərin aparılma texnikasını.
İxtisaslar
040707 “Tibb bacısının işi” şöbəsinin məzunu xüsusi hazırlıq səviyyəsinə görə aşağıdakı ixtisas fəaliyyətini yerinə yetirə bilir:
- Müalicə-mühafizə;
- Diaqnostik;
- Sanitar-epidemiya əleyhinə;
- Səhiyyənin təşkili.