İxtisas dərəcəsi : Mama-ginekoloji müəssisələrində mama və tibb bacısı
Təhsil müddəti : 3-il
"Mamalıq işi" şöbəsi Gəncə Tibb Kollecində 1932-ci ildən fəaliyyət göstərir
Məzunun İxtisas Fəaliyyəti Sferasının Xarakteristikası
Səhiyyə sahəsində ixtisasın yeri: Şəhər və rayonların mama-ginekoloji müəssisələrində (qadın məsləhətxanaları, doğumevləri, xəstəxanaların doğum şöbələrində) hamilə qadın və ginekoloji xəstələrə həkimə qədər müalicə, profilaktik və təxirəsalınmaz tibbi yardım göstərmək üçün mama və tibb bacısı, kənd yerlərində “feldşer - mama” məntəqələrində orta ixtisas təhsilli məntəqə müdiri və tibb işçisi hazırlayır.
“Mamalıqişi” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:
- İşlədiyi əhatə dairəsində hamilə qadınları, xüsusilə hamiləlik və doğuş ağırlaşmaları olan qadınları vaxtındaaşkar edib həkim nəzarətinə çatdırmalı;
- Hamiləlik, doğuş, doğuşdan sonrakı dövrlərdə və ondan kənar vaxtlarda qadın xəstəliklərinin aşkar edilməsi vəmüalicəsində həkimin tam hüquqlu yardımçısı olmalı;
- Fəsadlaşmış hamiləlik, yaralanma, qanaxma, zəhərlənmələrdə və yeni doğulmuş körpəyə kəskin xəstəliklər zamanı təxirə salınmaz yardım göstərməyi;
- Müayinə üsulu ilə hamiləliyin diaqnozunu qoymağı, hamiləliyin müddətini (ay, həftə) təyin etməyi və differensasiya etməyi;
- Hamilə, zahi və ginekoloji xəstələrin ambulator qəbulu.Onlara evlərində patronaj yardımı;
- Hamilə və ginekoloji xəstələrdə qan qrupları, hemoqlobin, sidikdə zülalın təyini və fizio-terapevtik proseduraları;
- Zahi qadına, evə yazıldıqdan sonra nəzarət etməli, zahiliq və doğuş patologiyasının baş verməsinin qarşısını almalı;
- Zahi və ginekoloji xəstələrə qulluq və müalicə üsullarını, lazım olan əməliyyatları bacarmalı;
- Doğum evlərində yeni doğulmuşların vərəmə və hepatitə qarşı peyvənd edilməsini;
- Normal doğuş qəbul etməyi, yeni doğulmuşlara birincili və ikincili qulluğu;
- Qadın məsləhətxanası və ginekoloji kabinetlərdə aşkar və gizli keçən xəstəlikləri, xüsusən xərçəng, AİDS və zöhrəvi xəstəliklərin ilk formalarının vaxtında aşkar edilməsini;
- Reanimasiya şöbələrində aparılan əməliyyatlarda bütün manipulyasiyaları vaxtında, düzgün və peşəkarcasına yerinə yetirməyi;
- Təsdiq olunmuş tibbi sənədlərin tərtibivə düzgün aparılmasını;
- Həkimin təyinatını həyata keçirməyi: qadınlarda xərcəng xəstəliyinin ilkin formasını aşkar etmək üçün müayinə etməyi;
- Sağlam həyat tərzi məqsədilə sanitar maarifi işi aparmağı, planlı ailə qurma, kontraseptivlərdən istifadə etmək üsullarına aid məsləhət verməyi;
- Tibbi arayışlar verməyi, təcili yardım göstərmək üçün, dərmanalmaq üçün imza ilə təsdiqlənmiş tələbnamə yazmağı;
- Özfəaliyyətinin nəticələrini yekunlaşdırmağı, öz sahəsi üzrə sənədlərin aparılmasını.
Ixtisaslar
040703 “Mamalıq işi” şöbəsinin məzunu xüsusi hazırlıq səviyyəsinə görə aşağıdakı ixtisas fəaliyyətini yerinə yetirəbilər:
- Müalicə mühafizə
- Diaqnostika;
- Sanitar gigiyenası;
- Səhiyyə təşkilatı ixtisasa uyğunlaşma (adaptasiya) imkanları;
- Sadə reanimasion tədbirləri, müasir narkoz və reanimasion cihazlardan istifadə etməyi;
- Feldşer-mama məntəqəsində ştatda patronaj tibb bacısı olmadıqda bir yaşa qədər uşaqların sağlamlığına, fiziki, psixi inkişafına nəzarət etməyi;
- Ümumi kliniki və laborator müayinələrin aparılması və nəticələrin qiymətləndirilməsi;
- Təşkilatı, statistik göstəriciləri hesablamaq və analiz etməyi bacarığı.