GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı tədbir keçirilib


Post Image

     Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının və Gəncə-Daşkəsən Gənclər və İdman  İdarəsi, Gənclər Evi SXM-nin birgə təşkilatçılığı və Ombudsmanın Qərb Regional Mərkəzinin dəstəyi ilə dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan "Gələcəyimizi və gənclərimizi qoruyaq" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə qonaqları salamlayan Gəncə Tibb Kollecinin direktoru Əməkdar Həkim Mehman Rzayev QİÇS-ə qarşı mübarizədə gənclərə pis vərdişlərdən uzaq olmağı tövsiyə edib, sağlam həyat tərzini dəstəkləməyin vacibliyini vurğulayıb.

Sonra tədbirdə çıxış edən natiqlər, QİÇS-lə bağlı maarifləndirici tədbirlərin daha da gücləndirilməsi, gənclər arasında informasiya şəbəkəsinin genişləndirilməsi və hüquqi aspektlərindən danışıblar.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının müdiri Afaq Əsədova və Gəncə Tibb Kollecinin həkimi Təranə Əzimova QİÇS-in (immunçatışmamazlıq virusu) yayılması, yayılma səbəbləri və ondan qorunmaq üçün müalicə profilaktika üsullarından necə istifadə edilməsi haqqında geniş məruzə ilə çıxış ediblər.

Tədbirdə QİÇS-lə bağlı sosial videoçarx təqdim olunub.

Sonda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının əməkdaşları tərəfindən gənclər arasında test aparılıb.

01.12.2023  [ 16:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024