GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Korrupsiya demokratik cəmiyyətin düşmənidir” adlı konfrans keçirilib .


Post Image

 “Korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardandır.  O normal formasiyanın yaranmasına mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaradır, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna da zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zamanla sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilır. Cəmiyyətimizin bütün sahələrində korrupsiyaya qarşı qətiyyətli və mübariz olmalıyıq”. Bu fikirləri Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Korrupsiya demokratik cəmiyyətin düşmənidir” adlı konfransda səsləndirilib.

   Qeyd olunub ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya ən qədim vaxtlardan mövcud olmaqla bütün cəmiyyətlərə xas olan ən mürəkkəb sosial problemlərdən biridir. Çıxış edən kollecin həkim-müəllimləri Məlahət Musayeva, Gülnarə Mustafayeva, Nigar Nəbiyeva həmçinin vurğuladı ki, Azərbaycan Respublikasında korrupsiya cinayətlərinə qarşı barışmaz və prinsipial mübarizə məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlamış, bu istiqamətdə qətiyyətli tədbirlər həyata keçirilmişdir. Ulu öndərin rəhbərliyi altında Azərbaycan Respublikasında mütəşəkkil cinayətkarlığa və onun təhlükəli təzahürü kimi korrupsiyaya qarşı mübarizə yeni müstəviyə qaldırılaraq, qabaqlayıcı tədbirlər önə çəkilib.

Natiqlər qeyd edib ki, hüquqa və sosial ədalətə söykənən sivil vətəndaş cəmiyyəti və demokratik dövlət quruculuğu xəttini son illərdə tamamilə yeni müstəvidə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyası daha da genişləndirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşdırmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini vermiş, bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılıb.

   Tədbirin sonunda “Korrupsiya cəmiyyətin bəlasıdır” adlı sənədli film nümayiş olunub.

25.06.2024  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024