GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində "İnsan Hüquqları Günü" münasibətilə konfrans keçirilib


Post Image

   "Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir. İnsan haqları, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallığından çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui-istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul edilib. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir”. Bu fikirləri Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində təşkil olunan "İnsan Hüquqları Günü" münasibətilə keçirilən konfransda müəssisənin tələbəsi Nemət Həsənov səsləndirib. O, vurğulayıb ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları var. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini, vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.

     Tədbirdə digər çıxış edənlər də qeyd ediblər ki, Azərbaycanda insan hüquqlarının qorunması ölkə Konstitusiyası ilə tənzimlənir. Ölkə başçısı cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, hər il 18 iyun Azərbaycanda "İnsan hüquqları günü" kimi qeyd olunur. Bu müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz nümunəsidir. Müstəqil Azərbaycanda insan hüquqları və azadlıqlarının təmin olunması istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklər ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində mümkün olub.

07.06.2024  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024