GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin həkim-müəllimləri FHN tədbirində elmi praktik məşğələ keçiblər


Post Image

   Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin həkim-müəllimləri Fövqəladə Hallar Nazirliyinin Gəncə regional mərkəzində ümumtəhsil orta məktəblərinin direktor müavinləri üçün “Fövqəladə hallar zamanı göstərilən ilkin tibbi yardım” mövzusunda elmi və praktik məşğələ keçiblər.

    Tədbirdə Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin mülki-müdafiə üzrə qərargah rəisi Sevda Abbasova, kollecin həkim-müəllimi Mehparə Quliyeva  travmalar zamanı - sınıq, çıxıq, gərilmə, sümüklərin anatomik funksiyaları, İlkin tibbi yardım, qanaxmanın növləri və bu zaman düzgün müdaxilə, suda boğulma, ilan sancması, sipiyar tədbirləri, yad cismin körpələrdə və böyüklərdə çıxarılması və digər mövzularda ilk tibbi yardım kurslarını tədris edilib. Tələbələrin qeyd olunan mövzuları əyani şəkildə göstərmələri, canlı formada izah etmələri iştirakçıların marağına səbəb olub.

   Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

24.05.2024  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024