GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində maarifləndirici tədbir keçirilib


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində Xəzər dənizi və digər su hövzələrində baş verən boğulma halları təhlükəsinə qarşı təhsilalanlar və təhsilverənlərin maarifləndirilməsinə dair tədbir keçirilib. Toplantıda regional mərkəzin əməkdaşları Mayor Rəşad Abdullayev və baş gizir Aydın Səbahət suda boğulma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib, sözügedən qaydalara riayət edilməsinin vacibliyini qeyd ediblər. Çıxışlar zamanı vurğulanıb ki, suda boğulmalar adətən insanların təhlükəli yerlərdə və ya küləkli hava şəraitində çimərliyə getdikləri üçün baş verir. Yay mövsümlərində insanlar təhlükəsizlik qaydalarına riayət etmədən su kanallarında çimirlər ki, bu da boğulmalara səbəb ola bilir.

   Sonda maarifləndirici videoçarxlar nümayiş olunub.

22.05.2024  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024