GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb kollecində "Mədəni İrsimizi tanıyaq və tanıdaq" mövzusunda konfrans keçirilib


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb kollecində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə Tibb Kollecinin dəstəyi ilə "Mədəni İrsimizi tanıyaq və tanıdaq" mövzusunda konfrans keçirilib.

    Tədbirdə Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Mədəniyyət nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəis müavini Xəlil İbrahimov, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin baş məsləhətçisi Fidan Qazıyeva və digərləri çıxışlar ediblər. Natiqlər bildiriblər ki, çalışdığı sahədən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının borcu tariximizi, mədəni irsimizi qorumaq və onu gələcək nəsillərə çatdırmaqdır.

02.05.2024  [ 11:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024