Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələri ilə Təhsil Tələbə Krediti Fondunun nümayəndələri görüş keçirib. Kollecin Metodik kabinetin rəhbəri Gülşən Bağırova dövlətin təhsilə və gənclərə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən, təhsil kreditin əhəmiyyətindən danışıb.
Sonra tədbirdə çıxış edən Təhsil Tələbə Krediti Fondunun Təhsil məsələləri üzrə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova kreditlərin verilməsinin şərtləri, mərhələləri və kredit şərtlərinin üstünlükləri barədə ətraflı məlumat verib. Bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondunun əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır. O da vurğulanıb ki, Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən tələbələr bu imkandan istifadə edərək təhsillərini davam etdirmək imkanı qazanıblar.
Görüşün sonunda təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrin sualları ətraflı cavablandırılıb.