GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbəsi respublika şeir müsabiqəsində 3 yeri tutub


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tibbi profilaktika ixtisası üzrə l kurs tələbəsi Xalidə Nəbiyeva ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsində kolleclər arasında şeir nominasiyası üzrə 3-cü yerə layiq görülüb. 10-a yaxın müxtəlif şəhər və rayonları təmsil edən kolleclərin tələbələrinin mübarizəyə qatıldığı müsabiqədə X. Nəbiyeva Fəridə Ləmanın “Onu zaman seçib” adlı şeri ilə çıxış edib. Münsiflər heyətində Azərbaycan Respublikasının xalq artistləri Baba Vəziroğlu və Nürəddin Mehdixanlının da yer aldığı yarışmada Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbəsi şeir nominasiyasında 3-cü yerə layiq görülüb.

   Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələri Xalidə Nəbiyeva şeir nominasiyasında, Fatimə Qocayeva isə Azərbaycanın bəstəkar mahnıları nominasiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin 2-ci zona mərhələsində 1-ci yerə layiq görülərək finala vəsiqə qazanıblar.

   Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

26.04.2024  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024