GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələri “Sən elə bir zirvəsən” Respublika ifa müsabiqəsinin 3-cü mərhələsinə vəsiqə qazanıblar


Post Image

    Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələri peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunanSən elə bir zirvəsənrespublika ifa müsabiqəsinin 2-ci zona mərhələsində yüksək yerlər qazanıblar. Gəncədə təşkil olunan və qərb bölgəsinin 13 rayonundan 21 təhsil müəsisəsinin tələbələrinin qatıldığı müsabiqədə şeir, təsnif və xalq manıları, Azərbaycanın bəstəkar mahnıları, kollektiv ifa, rəqslər nominasıyalarında keçirilən müsabiqədə Respublikanın Xalq artisiti Sevinc İbrahimova, Respublikanın Əməkdar artistləri Mahir Məmmədov və Məmməd Cəfərov münsiflər heyətində çıxışları qiymətləndiriblər.

    Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələri Xalidə Nəbiyeva şeir nominasiyasında 1-ci yerə, Fatimə Qocayeva Azərbaycanın bəstəkar mahnıları nominasiyasında 1-ci yerə, Xədicə Sadıxova rəqsdə 2-ci yerə layiq görülüblər. Beləliklə X. Nəbiyeva və F. Qocayeva aprelin 18 və 26-da Bakıda keçiriləcək müsabiqənin 3-cü mərhələsinə vəsiqə qazanıblar

    Məlumat üçün bildirək ki, müsabiqədə I, II, III yerin qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaq.

03.04.2024  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024