GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin həkim-müəllimləri növbəti maarifləndirmə tədbirində praktik dərslər keçib


Post Image

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin həkim-müəllimləri Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional  Mərkəzinin növbəti maarifləndirmə tədbirində praktik dərslər keçib.

    Belə ki, orta ixtisas məktəblərinin təlim tərbiyə işləri üzrə direktor müavinləri üçün kurs məşğələləri keçirilib. 20-ə yaxın müəllim üçün təşkil edilən tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin həkim-müəllim heyəti fövqəladə hallar zamanı göstərilə biləcək ilk tibbi yardım barədə məlumatlar veriblər. 

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

     Çıxış edən FHN-nın Gəncə Regional  Mərkəzinin əməkdaşı ilk olaraq  əhalinin baş verə biləcək fövqəladə hallara hazırlanması və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması istiqamətində aparılmalı olan işlərdən, o cümlədən hər bir vətəndaşın fövqəladə hallar zamanı həyata keçirə biləcək ilkin tibbi yardımı bilməsinin vacibliyindən danışıb. FHN-nin əhalinin mühafizəsində rolu,  Mülki müdafiənin məqsədləri və vəzifələri, mülki müdafiənin təbliğində müəllimlərin rolunun böyük olduğu vurğulanıb. Fövqəladə hallar zamanı fərdi mühafizə vasitələrinin istifadə qaydaları barədə geniş  izahat verilib və düzgün davranış qaydaları nümayiş etdirilib.

    Sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecinin Mülki-müdafiə qərargah rəisi Sevda Abbasova çıxış edərək fövqəladə hallar zamanı davranış qaydalarından danışıb. Kollecin həkim-müəllimi Afət İsgəndərova fövqəladə hallar zamanı robotlar üzərində ilk tibbi yardımı əyani olaraq göstərib və ilk tibbi yardım zamanı epileptik tutmalar, zəhərlənmələr, cərəyanvurma, travmalar, qanaxmalar, yanıqlar, CPR tədbirləri - Təməl həyat dəstəyi haqqında məlumatlar verib. Həkimlərimizin geniş izahı auditoriyanın tam marağına səbəb olub və onların sualları cavablandırılıb.

15.03.2024  [ 00:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024