GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində "Fövqəladə hallarla bağlı ilkin davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin maarifləndirmə şöbəsinin əməkdaşları ilə martın 5-də kollecin mülki müdafiə qərargahının birgə hazırladıqları "Fövqəladə hallarla bağlı ilkin davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

    Toplantıda FHN Gəncə Regional Mərkəzinin əməkdaşları, kollecin MM-qüvvələrinin şəxsi heyəti, işçiləri və tələbələri iştirak ediblər. Dövlət himni səsləndirilməsi, Ulu Öndərin, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kollecin MM- qərargahı komissiyasının sədri Gülşən Bağırova tədbir iştirakçılarını salamlayaraq tibbi təhsil müəssisəsində mülki müdafiə sahəsində mütəmadi olaraq müxtəlif mövzularda tədbirlərin keçirildiyini vurğulayıb. 

MM- qərargahının rəisi Sevda Abbasova 2024-cü ildə görülən işlər barədə ətralı məlumat verib. Qeyd olunub ki, tədbirlər proqramına uyğun olaraq kollecdə mülki müdafiə ilə bağlı həm nəzəri, həm də praktiki təlimlər keçirilir. 

Sonra çıxış edən FHN Gəncə Regional Mərkəzinin maarifləndirmə şöbəsinin əməkdaşları "Fövqəladə hallarla bağlı ilkin davranış qaydaları" mövzusunda çıxışlar edib və mövzu ilə bağlı video çarxlar nümayiş etdirilib. 

Çıxışlardan sonra Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin sanitar manqasının manqa komandiri Mehparə Quliyeva ilkin tibbi yardım zamanı sanitar manqanın funksional vəzifələrindən danışıb, tələbələr isə travmalar, yanıqlar, qanaxmalar, zəhərlənmələr zamanı ilkin tibbi yardımı səhnələşdirilmiş şəkildə göstəriblər. Sonda viktorinalar keçirilmiş suallara düzgün cavab verən tələbələr hədiyyə ilə mükafatlandırılıblar.

05.03.2024  [ 14:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024