GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Xocalı soyqırımını unutmadıq” adlı anım tədbiri keçirilib.


Post Image

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Xocalı soyqırımının 32–ci ildönümünə həsr edilən “Xocalı soyqırımını unutmadıq” adlı anım tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Gəncə Tibb Kollecinin həkim-müəllim və tələbə heyəti iştirak ediblər. Toplantını giriş sözü ilə açan kollecin direktoru, əməkdar həkim Mehman Rzayev bildirdi ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilən Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. O vurğulayıb ki,i Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. Bildirilib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Ali Baş komandanın rəhbərliyi altında rəşadətli ordumuz 44 günlük müharibədə ermənilərin darmadağın etdi, antiterror əməliyyatları sayəsində Xocalını, Əskaranı, Xankəndini azad etdi. Nahaq tökülən azərbaycanalıların qanı yerdə qalmadı, torpaqlarımızın azad olundu”, deyə M.Rzayev vurğulayıb.

Sonra çıxış edən Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin əməkdaşı Ruziyyə Məmmədova, Gəncə Tibb Kolleci Ərazi partiya təşkilatının sədr müavini Mətanət Nəbizadə də həmin dəhşətli tarixə bir daha nəzər salaraq bu qanlı faciənin xalqımızın yaddaşlarından heç zaman silinməyəcəyini bildirdilər. Qeyd olunub ki, bəşəriyyətin ən dəhşətli qətliamlarından olan Xocalı faciəsinə beynəlxalq qiymət verilməli, bu dəhşətləri törədənlər cəzalandırılmalıdırlar. 

Sonra kollecin tələbələrinin ifasında Xocalı faciəsinə həsr olunan bədii əbədi kompozisiya nümayiş olunub. 

Tədbir “Xocalı soyqırımını unutnadıq” adlı video rolikin göstərilməsi ilə davam etdirilib.

 

26.02.2024  [ 12:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024