GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin kollektivi uşaqlara kitablar bağışlayıb


Post Image

Fevralın 14-ü ən gənc bayramlardan biri olan Beynəlxalq Kitab Bağışlama Günüdür. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub. Elə həmin vaxtdan etibarən bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları ümumi məqsəd ətrafında birləşdirir.

   Beynəlxalq Kitab Bağışlama Günü münasibəti ilə Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin kollektivi Gəncə şəhər 6 saylı məktəbdə olub və uşaqlara müxtəlif kitablar hədiyyə ediblər. Kollecin direktoru Mehman Rzayev belə bir günün təsis edilməsini çox təqdirəlayiq bir hal kimi qeyd edərək bildirib ki, uşaqların kitaba marağını artırmaq, onlarda kitab mütaliəsinə sevgi yaratmaq çox vacib və xeyirxah əməldir.

 Uşaqlar öz növbələrində onlara bağışlanan kitabları böyük həvəslə oxuyacaqlarına söz veriblər.

14.02.2024  [ 15:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024