GƏNCƏ TİBB KOLLECİ

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin tələbələrini seçki ilə bağlı maarifləndirilib


Post Image

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı növbəti maarifləndirici seminar Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində baş tutub.  Yanvar 25-də baş tutan məlumat sessiyasında səsvermə hüququna malik  tələbələr iştirak edib. 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin sədri Elbar Əhmədovun iştirakı ilə reallaşan görüşdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

   Maarifləndirici seminarların keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

25.01.2024  [ 13:00 ]
Bütün hüquqlar qorunur.!  ©  2024