Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar toplantı keçirilib. Tədbir dövlət himninin səsləndirilməsindən sonra Azərbaycanın müstəqilliyi və torpaqlarının azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Giriş sözü ilə çıxış edən kollecin direktoru, əməkdar həkim Mehman Rzayev 20 Yanvarın Azərbaycanın müstəqilllik tarixində vacib və önəmli bir hadisə olduğunu vurğulayıb.
Çıxış edən digər natiqlər də 34 il əvvəl xalqımızın sovet ordusu tərəfindən qətlə yetirmələrindən, Qanlı yanvar hadisələrinin tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən, o dövrdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının əzmindən danışıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adını daim uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqətindən danışıblar.
Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunan bədii kompozisiya və “Qanlı Yanvar faciəsi şərəfli tarix yaddaşımızdır” adlı video çarx nümayiş olunub.