Gəncə Tibb Kollecininin kollektivi ölkə başçısı İlham Əliyevə iyun ayının 18-də minimum aylıq əməkhaqqının məbləğinin 250 manat müəyyən edilməsi, bir sıra qurumlarda çalışanların əmək haqqlarının 40%, 20% yüksəldilməsi, pensiyaların 200 manata çatdırılması ilə bağlı öz minnətdarını bildiriblər. Bununla bağlı keçirilən yığıncaqda çıxış edən kollecin direktoru Mehman Rzayev bildirib ki, dövlət başçısı İlham Əliyevin iyunun 18-də verdiyi “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamı bir daha sübut etdi ki, cənab Prezident daim vətəndaşların sosial rifahının artırılmasını düşünür və insanların maddi imkanlarının yüksəldilməsi istiqamətində əməli addımlar atır.
“Biz ümidvarıq ki, reallaşmağa başlayacaq ikinci sosial paketin müsbət nəticəsi bütün ailələrdə hiss olunacaq. Fikrimcə bu Azərbaycanda sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində əsl inqilabdır. Sentyabr ayında minimum əmək haqqı 250 manat olduqdan sonra ölkəmiz MDB dövlətləri arasında minimum əməkhaqqının səviyyəsinə görə birinci 5-də yer alacaq ki, bu da çox qururvericidir”.
Tədbirdə digər çixiş edənlər də cənab İlham Əliyevin son zamanlar qəbul etdiyi qərarları və sərəncamları əhalinin maddi rifahının yaxşılaşdırılması istiqamətində atılan ciddi addımlar adlandırdılar. Sonra dövlət başçısına minnətdarlıq bildirildi.
Gəncə Tibb Kollecininin kollektivi ölkə başçısı İlham Əliyevə minnətdarlıq etdi