27 sentyabr Anım günündə Gəncə Tibb kollecinin rəhbərliyi, həkim-müəllim kollektivi və tələbələr 44 günlük müharibə zamanı ermənilər tərəfindən raket zərbəsinə məruz qalmış Ə.Rəfibəyli küçəsi, “Qələbə” parkının yaxınlığında dağılan ərazini ziyarət ediblər və terror zamanı həyatını itirən dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüblər.
Qeyd edilib ki, 11.10.2020-ci il tarixində Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binasının üzərinə düşüb, çox sayda evlər dağılıb, 5-i qadın olmaqla 11 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 40 nəfər isə yaralanıb. Xatırladaq ki, oktyabrın 4-dən başlayaraq 17-ə qədər Gəncə şəhərində 5 dəfə terror aktları törədilib. Ümumilikdə erməni terroru nəticəsində Gəncədə 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.