01.06.2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Azərbaycan Dəmir Yolları QSC, UNİCEF və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı adlı tədbir keçirildi.Tədbir həmçinin, Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin 30 illiyinə həsr olunmuşdur.Tədbirə 1 iyun 2019-ci il tarixində “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarının Bakı şəhərindən Gəncə şəhərinə doğru yola düşməsi ilə start verilib.Qatarla səyahət zamanı ilk öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova və UNİCEF-in ölkə nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin uşaqlarla görüşərək onlarla tanış olub.Tədbirin ikinci hissəsi Gəncə şəhərində davam edib. Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi dərin ehtiramla yad edilib.Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında tədbir keçirildi.Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının rəhbərləri və tələbə heyəti tədbirdə iştirak etdilər.