07.07.2019-cu il tarixində Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində "Gənclər - vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı layihə həyata keçirildi. Layihənin icrası “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ekspertləri ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Gənclər - vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı xidmət çərçivəsində reallaşdı.Təlimlərin keçirilməsində məqsəd - gənc liderləri müvafiq mövzular üzrə təlimatlandırmaq və maarifləndirməklə, onların qərarvermə prosesində və ictimai siyasətin formalaşmasında funksiya və rollarının artırılması və elektron məlumat bazaları, fəal vətəndaşlıq mövqeyi vasitələri haqqında məlumatlandırmaqdan ibarətdir.Təlimlərdə Gəncə Tibb Kollecinin fəal tələbələri “Sertifikat”larla təltif olundular.