GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində Mülkü Müdafiə qüvvələrinin növbəti məşqi keçirilib


Post Image

Gəncə Tibb Kollecdə  2019-cu il üçün hazırlıq planına müvafiq olaraq “Fövqəladə hadisələrin  nəticələrinin aradan qaldırılması  zamanı mülkü müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq  məşqi keçirilib.

Mülki müdafiə qərargahının rəhbəri, tibb kollecinin direktoru M. Rzayev tədbirdə çıxış edərək fövqəladə hallar zamanı kollec  əməkdaşlarının mühafizəsinin  təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, MM idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsindən, rəhbər heyətə və işçilərə fövqəladə hadisələri zamanı yanğınsöndürmə , xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə  praktiki vərdişlərin aşılanmasının vacibliyindən danışdı. M. Rzayev əlavə edib ki, bu gün tibb kollecində yanğının vaxtında qarşısının alınması üçün bütün qabaqlayıcı tədbirlər görülüb, dam örtüklərinin taxta konstruksiyalarına yanğına davamlı məhlul höpdurulmuş, bütün bina yanğın əleyihinə müsir siqnal sistemi quraşdırılmışdır.

Sonra MM qərargah rəisi S.N.Abbasova çıxış edərək kollecin hərbiləşdirilməmiş heyətinə mülki müdafiənin yaranması barədə videoçarxlar nümayiş etdirmiş, yanğınsöndürən balonlar və onlardan istifadı qaydaları barədə bilgilər vermişdir. Abbasova kollecdə yanğın əleyhinə 80 tonluq YSH–sinin  daim yanğına qarşı hazır vəziyyətdə olması, YSH-ya  quraşdırılmış su nasosu barədə işçilərə geniş məlumat vermişdir.

Yanğınsöndürmə manqasının  komandiri Tariyel Əliyev çıxış edərək kollecin mərtəbələrində quraşdırılmış su kranları haqqında məlumat verilmiş, su nasosunun işləməsi qaydasıni əyani olaraq işçilərə nümayiş etdirmişdir.


Mülkü Müdafiə qüvvələrinin növbəti məşqi


Mülkü Müdafiə qüvvələrinin növbəti məşqi (ganjanews.az)

05.07.2019  [ 09:30 ]
Bütün hüquqlar qorunur.!  ©  2024