GƏNCƏ TİBB KOLLECİ

"Müasir Azərbaycan ailəsi qloballaşma və demokratikləşmə prosesində" adlı layihə Gəncə Tibb Kollecində müzakirə olundu


Post Image

Sentyabr ayının 19-da Gəncə Tibb Kollecində "Himayədar" Humanitar Tərəqqi İctimai Birliyi "Müasir Azərbaycan ailəsi qloballaşma və demokratikləşmə prosesində" adlı layihəsinin ikinci mərhələsi çərçivəsində görüş keçirilib. Tədbirdə vurğulanib ki, layihənin əsas məqsədi təməl insan haqq və azadlıqları çərçivəsində, insan əsaslı bir yanaşmayla ailə insitutunun qoruması və möhkəmləndirilməsinə çalışmaq, ailə və cəmiyyətdə demokratikləşmə prosesinin adekvatlığının təmin olunmasına yardımçı olmaq, Azərbaycan ailəsinin spesifik xüsusiyyətlərinin mühafizə edilib gələcək nəsillərə ötürülməsini dəstəkləməkdir.

Himayədar" Humanitar Tərəqqi İctimai Birliyinin nümayəndələri çıxış edərək layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəkləndiyini və artıq həyəta keçirilmiş 1-ci hissəsinin nəticələri barədə geniş məlumat verdilər. Qeyd olundu ki, araşdırmalar göstərib ki, son illər Azərbaycan cəmiyyətində ailə sabitliyi problemi yaranıb - ölkədə nikahların sayı azalır, boşanmaların sayı isə durmadan artır. Bundan başqa iqtisadi-sosial-mənəvi faktorların təsiri səbəbindən gənc oğlanların rəsmi ailə qurmağa meyilliyi  azalıb. Çixiş edənlər boşanma əmsalında ciddi artımla bərabər birgəyaşayış müddətinin də qısaldığını xüsusi vurğulayaraq hər boşanan üç ailədən birinin beş il birlikdə yaşamadan boşandığını bildirdilər. Tədbirdə cəmiyyətimizdə bu kimi halların qarşısının alınması üçün mütəmadi olaraq maarifləndirmə və proflaktk görüşlərin vacibliyi qeyd olundu.

Görüşdə Gəncə Tibb Kollecinin həkim-müəllim heyəti, tələbə gənclər təşkilatının üzvləri və aktiv tələbələrimiz iştirak edirdi. Tədbirin sonunda  qaldırılan məsələlər müzakirə edildi və verilən suallar cavablandırıldı.

20.09.2019  [ 10:20 ]
Bütün hüquqlar qorunur.!  ©  2024