GƏNCƏ TİBB KOLLECİ

GTK-nın tələbələri “Beynəlxalq Sülh Günü” günü ilə bağlı tədbirdə iştirak edib


Post Image

Sentyabrın 19-da Gəncə Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının 12 nəfər aktiv könüllüləri Gəncə şəhər Gənclər evində "21 sentyabr- Beynəlxalq Sülh Günü” ilə əlaqədar gənclərin iştirakı ilə maarifləndirici tədbir iştirak edib. Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov bu günün tarixindən danışıb. O qeyd edib ki, “Beynəlxalq Sülh Günü” 21 sentyabr 1981-ci ildə BMT tərəfindən təsis edilib. Həmin il dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. M. Cəfərov çıxışında vurğulayıb ki, ilk dəfə “Beynəlxalq Sülh Günü” BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayıb və Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Daha sonra digər rəsmi şəxslərin çıxışları dinlənilib, “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş videoçarx izlənilib. Sonda gəncləri maraqlandıran suallar tədbirin qonaqları tərəfindən cavablandırılıb.

Tədbirdə Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev,  Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gəncə şəhər bölməsinin sədri Sücəddin Qurbanov və digər rəsmilər iştirak edib.

20.09.2019  [ 09:46 ]
Bütün hüquqlar qorunur.!  ©  2024