27.10.2019-cu il tarixində Gəncədə sakinlərin kütləvi iştirakı ilə ilk velosiped yürüşü keçirildi.Gəncə Tibb Kollecinin tələbələri Gəncə şəhərində keçirilən Velosiped yürüşündə iştirak edib. “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi sağlam həyat tərzinin və regionlarda velosiped idmanının təbliği olub.Veloyürüş Gəncə şəhəri Dəmiryol Vağzalının qarşısından start götürüb və Gəncə şəhər İcra Hakimiyyətinin önünədək davam edib.Yürüşdə 1000-dən çox velosipedçi iştirak edib.Finişdə Gəncə şəhərinin aztəminatlı ailələrindən olan məktəblilərə velosiped hədiyyə olunub. Qeyd edək ki, veloyürüş layihəsi çərçivəsində ümumilikdə aztəminatlı ailələrdən olan 100 uşağa velosiped hədiyyə edilib.Xatırladaq ki, Gəncə eyni zamanda 2019-cu ilin Avropa İdman Şəhəri elan olunub. Bu titulu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.