25.10.2019-cu il tarixində 7saylı fənn birləşməsinin nəzdində olan ingilis dili fənni üzrə ”Neyronlar və Hormonlar” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransın keçirilməsində məqsəd : tələbələrin bilik və bacarıq səviyyələrinin yüksəldilməsi , elmin son yenilikləri ilə tanışlıq , tələbələrdə nitq mədəniyyətinin inkişaf etdirilməsi, ingilis dilinin zəngin bir dil olduğunu nümayiş etdirmək olmuşdur . Mövzu ətrafında tələbələrin çıxışları dinlənildi, verilən suallar cavablandırıldı.