GƏNCƏ TİBB KOLLECİ

Gəncə Tibb Kollecində MM qüvvələrinin növbəti məşqi keçirilib


Post Image

18.10.2019-cu il tarixində Gəncə Tibb Kollecində MM qüvvələrinin növbəti məşqi keçirilib. Kollecdə 2019-cu il üçün tədbirlər planından əlavə olaraq “Dinc dövrdə əhalinin və ərazinin mühafizəsinin təşkili,mühəndis qurğularının istismara hazır vəziyyətdə saxlanılması (yanğınsöndürmə balonlarının, yanğın əleyhinə su hövzəsinin,şlanqların, xəbərdarlıq siqnallarının) məqsədi ilə kollecin həkim-müəllim kollektivi və texniki işçiləri ilə birgə məşq keçirilmişdir. Məşq zamanı su hövzəsindən suyu vurmaq üçün nasos işə salınmış ,su şlanqlarının işlək vəziyyətdə olması yoxlanılmışdır.Yanğınsöndürmə manqasının komanda heyəti işçilərə şlanqlardan vurulan su fəvvarəsini əyani şəkildə nümayiş etdirmişdir. Sonda kollecin direktoru çıxış edərək  kollecdə belə məşqlərin hər ay keçirilməsi barədə tapşırıq  vermiş , bu da yazılı əmrləşdirilmişdir.

 

19.10.2019  [ 15:40 ]
Bütün hüquqlar qorunur.!  ©  2024